Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Nəvəsinin ölümündə günahlandırılan nənə ilə bağlı qərar verildi

Tarix: 20-12-2018 18:52     Baxış: 2228 A- / A+
Nəvəsinin ölümündə günahlandırılan nənə ilə bağlı qərar verildi

Ali Məhkəmədə nəvəsinin ölümündə təqsirləndirilən Xatirə Mehdiyevanın barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az
oxu.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmişin hüquqi varisinin kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, 1980-ci il təvəllüdlü, Tovuz rayon sakini X.Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 09:00 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib.

Sonra isə, o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatırtmaq istəyib. Ancaq uşaq yatmayaraq ağlamaqda davam edib. Nənə nəvəsinin ağlamasından əsəbiləşib və əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən döşəməyə yıxılıb. Körpə təxminən beş dəqiqə üzü üstdə yerdə uzanmış halda qaldığından ölüb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar