Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlılara qan udduran qara maskalılara hökm oxundu

Tarix: 19-12-2018 10:15     Baxış: 2187 A- / A+
Rusiyada azərbaycanlılara qan udduran qara maskalılara hökm oxundu

Peterburqda adam oğurluğunda, soyğunçuluqda, qanunsuz silah saxlamaqda, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan mütəşəkkil dəstənin doqquz üzvü barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Manevr.az
virtualaz.org-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər azadlıqdan məhrum olmaqla yanaşı, onların mənzilləri, avtomobilləri, pulları da əllərindən alınacaq.
2012-2014-cü illər ərzində Peterburqda fəaliyyət göstərən cinayətkar dəstə iş adamlarını oğurlayaraq onların pullarını zorla əllərindən alıblar. Odlu silahlarla silahlanan banda üzvləri həmçinin inkassator maşınlara da hücumlar təşkil ediblər. Cinayətkarlar özlərini Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstəsinin üzvləri kimi təqdim ediblər. Hətta idarə etdikləri avtomobilləri də İstintaq komitəsinin avtomobilləri kimi rəngləyiblər. Dəstə üzvləri arasında güc strukturlarının əməkdaşlarının da olması sonradan bəlli olub.
Rusiyada azərbaycanlılara qan udduran qara maskalılara hökm oxundu

Dekabrın 18-də Sankt-Peterburq şəhər məhkəməsində banda üzvlərinə hökm oxunub. Hökmə əsasən, Andrey Karpov 7 il, Qeorqi Zuxin 8,5 il. Dmitri Qorşkov, Aleksandr Qlotov və Konstantin Zubov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Pavel Qriqoryev və Anton Kulikov isə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il və 11 il 5 ay həbs cəzası alıblar. Məhkəmə banda başçıları – İqor Xludkov və Vitali Samsonov barəsində 13 il cəza təyin edib. Onların hər ikisi 300 min rubl civarında cərimə olunublar.

Məhkəmə vətəndaşların 1,2 milyon rubl və 2,5 milyon dollar mülki iddialarını təmin edib.

Cinayət işi 76 cilddən ibarətdir. İstintaq araşdırmaları zamanı 200-dən çox müxtəlif ekspertiza keçirilib. İş üzrə təxminən 50 şahid dindirilib.

Məşhur “Fontanka” nəşri əvvəlllər sözügedən cinayətkar dəstənin fəaliyyəti barədə yazıb. 2012-ci ilin noyabrında onlar basqın zamanı 10 milyon rubl ələ keçirməyə müvəffəq olublar. 2013-cü ilin sentyabrda isə banda üzvləri ilə “rastlaşan” Azərbaycan vətəndaşı 2,5 milyon dollarından olub.
Rusiyada azərbaycanlılara qan udduran qara maskalılara hökm oxundu


Xatırladaq ki, 15 iyul 2014-cü ildə Dubay – Peterburq reysi ilə “Pulkovo” aeroportuna gələn iş adamı, 40 yaşlı azərbaycanlıya hücum edilib. İstintaq komitəsinin əməkdaşlarına məxsus uniforma geyinmiş dəstə üzvləri onun saxlanmasını səhnələşdiriblər. Basqın zamanı iş adamınnın 1 milyon 500 min dollar pulunu əlindən alıblar.

Bu hadisədən iki ay sonra, eyni yerdə, eyni məkanda dəstə üzvləri başqa bir azərbaycanlıya da eyni üsulla hücum çəkərək 3 milyon dollarını aparıblar. Bundan bir qədər əvvəl isə yenə də əslən Azərbaycandan olan iş adamının 2 milyon 500 min dolları dəstə üzvləri tərəfindən oğurlanıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar