Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Arvadını qayınatasının evində öldürdü - Yevlaxda qətlin TƏFƏRRÜATI - FOTO

Tarix: 14-12-2018 18:20     Baxış: 4232 A- / A+
Arvadını qayınatasının evində öldürdü - Yevlaxda qətlin TƏFƏRRÜATI - FOTO

Yevlax rayonunda qadının həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Manevr.az report-a istinadən bildirir ki, hadisə Yevlaxın Meyvəçilik kəndində baş verib. Rayonun Nemətabad kənd sakini, 30 yaşlı Saday Sadıqov həyat yoldaşı, 29 yaşlı Vəfa Abışovanı öz doğmalarının gözü qarşısında bıçaqlayıb.

Ağır yaralanan qadın dayısı evinə qaçıb uzaqlaşsa da, xeyli qan itirdiyindən orada ölüb.

Hadisə baş verməzdən bir neçə gün əvvəl atası evinə gələn Vəfa Abışova ilə həyat yoldaşı arasında mübahisələr yaranıb. Mərhumun anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib.

Saray Abışovanın dediyinə görə, sonuncu dəfə düşən mübahisəyə isə Saday Sadıqovun ailəyə məxsus qoyunları satması səbəb olub.

Qeyd edək ki, qətlə yetirlən qadın iki oğul anasıdır. Hadisəni törədən Saday Sadıqov isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar