Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda atasını baltalayan qız dəlixanaya göndərildi – Qərar

Tarix: 05-12-2018 11:12     Baxış: 2163 A- / A+
Bakıda atasını baltalayan qız dəlixanaya göndərildi – Qərar

Bakıda atasını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Aliya Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Manevr.az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Hökmə əsasən, Aliyə Həbibovanın anlaqsız vəziyyətdə cinayət törətdiyi müəyyən olunub.

Buna görə, onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

Aliyə Həbibova 1 saylı Respublika Psixatiriya Xəstəxanasına göndərilib.

İttihama görə, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon qəsəbəsində baş verib.

Cəfər Xəndan küçəsində ailə münaqişəsi zamanı Aliya Həbibova 1956-cı il təvəllüdlü atası Cəmşid Salxakinin başından balta ilə vurub.

Cəmşid Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı Xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cəmşid Salxakini öldürməyə cəhd edən Aliya Həbibova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Aliya Həbibovanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib./teleqraf.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar