Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
07-05-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmış həkimə cinayət işi açıldı

Tarix: 03-12-2018 10:36     Baxış: 3284 A- / A+
Tanınmış həkimə cinayət işi açıldı


Bakıda tanınmış həkim barəsində cinayət işi başlanılıb.


Manevr.az
report-a istinadən xəbər verir ki, "Elmed” Tibb Mərkəzinin cərrahı Məhəmməd Neciyevə qarşı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

O, "Elmed” Tibb Mərkəzində əməliyyat zamanı dünyasını dəyişmiş Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılır.

Artıq M.Neciyevin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Vüqar Məmmədovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, "Elmed” Tibb Mərkəzində ölüm hadisəsi bu il oktyabr ayında baş verib. 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar