Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

2 qardaşın şah damarını kəsdi, sonra... - Azərbaycanda baş verən olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI

Tarix: 30-11-2018 22:48     Baxış: 3261 A- / A+
2 qardaşın şah damarını kəsdi, sonra... - Azərbaycanda baş verən olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI

Dünən Şəmkir rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatları üzə çıxıb.


Manevr.az
-ın oxu24.com-a istinadən məlumatına görə, rayonun Qapanlı kəndində mağaza işlədən iki qardaşa hücum edən 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu əvvəllər də məhkumluq həyatı yaşayıb. Bildirilir ki, Nurəddin Əsədoğlu dünən Qapanlı kənd sakini - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovun evin qarşısında işlətdiyi ərzaq mağazasına gəlib. O, Eşqindən spirtli içki və digər ərzaq malları verməsini tələb edib. Mağaza sahibi isə Nurəddinin onlara aldığı mallar qarşılığında xeyli borcu olduğunu, heç olmasa bu dəfə götürdüklərinin pulunu verməsini deyib. Lakin N.Əsədoğlu bununla razılaşmayıb və mübahisə etməyə başlayıb. Eşqin və ona kömək edən qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanov isə həmin şəxsə istədiyi ərzaqları verməyəcəklərini deyiblər. Bundan əsəbiləşən 28 yaşlı Nurəddin mağazanı dağıtmağa, vitrinləri qırıb yerə tökməyə başlayıb. İki qardaş onu tutaraq mağazadan çıxarmaq istəsə də, gənc oğlan üstündəki bıçaqla onlara hücum edib. O, eşqinə 7, İbrahimə isə 2 bıçaq zərbəsi endirib. Maraqlıdır ki, N.Əsədoğlu iki qardaşı öldürməkdə isirarlı olub və hər iki şəxsin boynundakı şah damarı kəsib. Çoxlu qan itirən E.Əmiraslanov hadisə yerində ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər 29 yaşlı İbrahimin vəziyyətinin hələ də çox ağır olduğunu bildirirlər.

N.Əsədoğlu hadisə yerindən qaçsa da, polis onu yaxalayaraq istintaqa təhvil verib.

Məlumata görə, qətlə yetirilən E.Əmiraslanovun atası 4 il əvvəl xəstəlikdən vəfat edib. Onun anası da xroniki xəstəlikdən əziyyət çəkir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar