Xəbər lenti
Gömrükdən qanunsuz keçirmək istədiyi gümüşlə yaxalandı

Gömrükçülər 13 kiloqramdan çox gümüş məmulatının qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycandan Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan vətəndaşı Xartumov Abdula Hacımusa oğlunun idarə etdiyi “Hyundai Grand Santafe” markalı 20-DJ-244 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə “Xanoba” gömrük postunda gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin hava filtrinin boşluğundan gömrük nəzarətindən gizlədilən qara polietilen paketlərə bükülü halda 25 ədəd çəkisi 410 qram olan medallar, 7 ədəd çəkisi 130 qram olan fincanlar, 260 ədəd çəkisi 105 qram olan kiçik dördkünc formalı metallar, 145 ədəd çəkisi 90 qram olan kiçik dairə formalı metallar, 3 ədəd çəkisi 320 qram olan qab tutacaqları, 10 ədəd çəkisi 190 qram olan qırıq qaşıq tutacaqları, 3 ədəd çəkisi 55 qram olan qırıq qaşıq başlıqları,170 ədəd çəkisi 11 min 400 qram olan çubuqşəkilli əridilmiş metal parçalar, 1 ədəd çəkisi 375 qram olan kürə formalı əridilmiş metal və çəkisi 110 qram olan metal qırıntıları aşkar olunub.
Aşkar edilmiş gümüş məmulatlarının cəmi çəkisi 13 min 185 qramdır.(teleqraf.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar