Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Direktor müavini hakim qarşısında: "Pulları anamın əməliyyatına görə almışam"

Tarix: 28-11-2018 20:49     Baxış: 2155 A- / A+
Direktor müavini hakim qarşısında: "Pulları anamın əməliyyatına görə almışam"

Rüşvət verməkdə ittiham edilən direktor müavinin məhkəməsi davam etdirilib.


Manevr.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

Əjdərzadə elan olunmuş ittihamla özünü təqsirli bilib. O, müəllimə yoldaşlarından pul aldığını təsdiqləyib.

"Anam xəstə olduğu üçün pula ehtiyacım var idi. Anamı əməliyyat etdirdim. Pulu da iş yoldaşlarımdan borc almışdım. Sonra da qaytardım"- deyən Əjdərzadə zərərçəkmişlərdən pulu işə düzəltmək adı ilə almadığını bildirib.

Hakim bildirib ki, Əjdərzadə müəllim yoldaşlarından aldığı pulu geri qaytarıb.

Növbəti məhkəmə iclası dekabrın 5-nə təyin edilib.

S.Əjdərzadə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham edilir.

Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmış Əjdərzadə hazırda ev dustaqlığındadır.

Daha əvvəl dələduzluqda təqsirli bilinərək məsuliyyətə cəlb edilən Əjdərzadə barəsində Binəqədi Rayon Məhkəməsi şərti hökm çıxarmışdı./musavat.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar