Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Ərim fahişəlik etməyimi istəyirdi” – Qətl törədən qadın danışdı

Tarix: 28-11-2018 19:50     Baxış: 2272 A- / A+
“Ərim fahişəlik etməyimi istəyirdi” – Qətl törədən qadın danışdı

Vəfa Orucova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Manevr.az
xəbər verir ki, Bakının Nərimanov rayonunda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucova barəsində həbs qətimkan tədbiri seçilib.

Nərimanov rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrlik etdiyi prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

Vəfa Orucova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.

İstintaqa ifadə verən Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib.

Bu səbəbdən ər və arvad arasında dəfələrlə mübahisə düşüb. Mübahisə zamanı Rövşən Musayev arvadının fahişəlik edib, pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub.

İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Nərimanov rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir./teleqraf.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar