Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qətlə görə tutulan ata və oğulun məhkəməsində qalmaqal: vəkil mərhumun yaxınlarını təhqir etdi

Tarix: 26-11-2018 18:25     Baxış: 3210 A- / A+
Qətlə görə tutulan ata və oğulun  məhkəməsində qalmaqal: vəkil mərhumun yaxınlarını təhqir etdi

İdmançının ölümünə səbəb olan şəxslər hakim qarşısına çıxarılıb. Onlar ata və oğuldur.


Manevr.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesi yarıda qalıb. Buna səbəb prosesdə qalmaqalın yaşanması olub. Prosesdə iştirak edən mərhumun yaxınları narazılıq ediblər. Onlar qətli törətməkdə təqsirləndirilən şəxslərə etiraz ediblər. "Adam öldürüblər, hələ özlərinə müdafiəçi də tutublar" - deyən zərərçəkmiş tərəfin nümayəndələrini vəkil təhqir edib.

Hər iki şəxsin müdafiəçisi olan İkram Abdullayev səs-küyü salan şəxsləri təhqir edib. Bundan sonra da məhkəmədə mübahisə başlayıb. Vəkilin üzərinə getmək istəyən şəxslərə icra məmurları müdaxilə edib. Proses noyabrın 27-nə təxirə salınıb.

Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava olub.

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.

Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub. Hər iki şəxsə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Məlumata görə, Rasif Həbibov idmançı olub./musavat.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar