Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ərini öldürən Tünzalə dəlixanaya göndəriləcək

Tarix: 22-11-2018 22:47     Baxış: 3215 A- / A+
Ərini öldürən Tünzalə dəlixanaya göndəriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Manevr.az
oxu.az-a istinadən bildirir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə T. Vəliyevanın vəkili hüquqlarını müdafiə etdiyi şəxsin hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyib.

O, bu səbəbdən T. Vəliyeva barəsində tibbi ekspertiza keçirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib və T. Vəliyevanın müayinə olunmaq üçün Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi barədə qərar qəbul edilib.

Məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttihama görə, hadisə Bakının Sabunçu rayonunda baş verib. 23 yaşlı Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabını çırpıb.

Nəticədə Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq, onu öldürüb. Hadisəni törədən Tünzalə Vəliyeva saxlanılıb. Cütlüyün birgə nikahdan iki övladı var. Hadisə vaxtı uşaqlar da evdə olub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar