Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qaşıqçı ilə bağlı daha bir şok məlumat - Gizli evlilik

Tarix: 18-11-2018 10:19     Baxış: 4215 A- / A+
Qaşıqçı ilə bağlı daha bir şok məlumat - Gizli evlilik


Qətlə yetirilən jurnalist Camal Qaşıqçı Türkiyəyə gəlməmişdən bir ay əvvəl ABŞ-da misirli bir qadınla evlənib.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib. Qəzetin yazdığına görə, təhlükəsizlik məqsədilə yalnız soyadını (Atr) açıqlayan qadın Qaşıqçı ilə evliliyini təsdiq edən sənədləri Türkiyə və Səudiyyə Ərəbistan konsulluqlarına təqdim edib.

H.Art Qaşıqçı ilə evliliyini açıqlamasının səbəbini belə izah edib: ”Müsəlman həyat yoldaşı olaraq bütün hüquqlarımı qorumaq və tanınmaq istəyirəm”.

Körfəz ölkələrində yaşadığını, ABŞ-a iş üçün getdiyi zaman Qaşıqçı ilə görüşdüyünü deyən 50 yaşlı Atr 10 il əvvəl tanış olduqlarını açıqlayıb.

Qəzet həmçinin qadının Qaşıqçı ilə toyunda çəkilən fotoların redaksiyaya göndərildiyini bildirib. İddiaya görə, sözügedən evliliyi Qaşıqçının keçmiş dostlarından biri təsdiqləyib, lakin o da təhlükəsizlik məqsədilə adının açıqlanmasını istəməyib.

Qaşıqçının nişanlısı Xədicə Çingiz isə misirli qadından xəbərsiz olduğunu deyib: “Camal mənə bu qadın barədə heç nə deməyib. Camalın insanların gözündəki imicini niyə dəyişdirmək istəyir? Bu xəbərlərin onun etibarını zədələməyə yönəlmiş cəhd olmasından şübhələnirəm”.

Bəzi sosial media istifadəçiləri isə Qaşıqçı ilə evlənən qadının tam adının Hanan Atr olduğunu yazıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar