Xəbər lenti
Gecə qapı döyüldü, gələn keçmiş əri idi... – Cinsi əlaqə təklifi və dəhşətli ölüm
Sumqayıt şəhərində ərinin ölümündə təqsirli bilinən 1980-ci il təvəllüdlü Səlimə Əliyevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manevr.az xəbər verir ki, 2016-cı ilin sentyabrın 7-dən 8-nə keçən gecə, saat 01 radələrində keçmiş əri Natiq Əliyev Səlimə Əliyevanın kirayədə yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayonda olan evinə gəlib.
Gecə yarısı qapı döyülür...
Natiq Əliyev evin qapısını döysə də, Səlimə əvvəlcə qapını açmaq istəməyib. Amma səs-küy yaranacağı və qonşular arasında rüsvay olacağını düşünən Səlimə Əliyeva qapını açıb və Natiq Əliyev evə daxil olub. Daha sonra Natiq Əliyev əvvəllər ər-arvad münasibətlərində olduqlarını əsas gətirib və Səlimə Əliyeva ilə cinsi əlaqədə olmaq istəyib.
Cinsi əlaqə təklifi və ölümlə təhdid
Lakin Səlimə Əliyeva keçmiş əri ilə cinsi əlaqədə olmaqdan qəti şəkildə imtina edib. Bu səbəbdən Natiq Əliyevlə keçmiş arvadı arasında mübahisə yaranıb.
Mübahisə zamanı Natiq Əliyev mətbəxdən götürdüyü bıçaqla Səliməni bıçaqlamaq və öldürməklə hədələyib, onunla cinsi əlaqədə olmasını tələb edib.
Mübahisə və dava
Bu zaman Səlimə Əliyeva həmin bıçağı zorla Natiq Əliyevin əlindən almaq qərarına gəlib. Lakin Natiq Əliyev bıçağı qadına verməkdən imtina edib.
Səlimə Əliyeva ilə dava zamanı Natiq Əliyevin əlində olan bıçaqla sonuncunun sol buduna xəsarət yetirilib, onun həmin nahiyədə damarı kəsilib.
İttiham
Natiq Əliyev Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, sentyabrın 8-də, saat 02.20-da o, kəskin qanitirmədən ölüb.
İstintaq orqanı tərəfindən Səlimə Əliyeva Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İslah cəzası
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Səlimə Əliyeva aylıq qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan Səlimə Əliyeva apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin hökmdən apelyasiya şikayəti verən zərərçəkmiş şəxsin nümayəndəsi Səlimə Əliyevanın barəsində olan hökmün ağırlaşdırılmasını tələb edib.
Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin apelyasiya şikayətləri təmin olunmayıb./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar