Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyə sədri həbs edildi – Dələduzluq və mənimsəmə ittihamı

Tarix: 13-11-2018 10:57     Baxış: 2179 A- / A+
Göygöl rayonunun Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Manevr.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
Bələdiyyə sədri həbs edildi – Dələduzluq və mənimsəmə ittihamı

Daşqın Vəliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daşqın Vəliyev öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda dələduzluq edərək ziyan vurub.

Eyni zamanda, ona etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəyib.

Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Daşqın Vəliyevin barəsində cinayət işi başlanıb.

İstintaq orqanı tərəfindən Daşqın Vəliyevə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isrif etmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddələri ilə ittiham elan edilib./teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar