Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada yeniyetmə qızı qətlə yetirən azərbaycanlılara hökm oxunub

Tarix: 02-11-2018 08:40     Baxış: 4145 A- / A+
Rusiyada yeniyetmə qızı qətlə yetirən azərbaycanlılara hökm oxunub


Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yetkinlik yaşına çatmayan qıza cinsi təcavüz edərək, onu qətlə yetirən iki azərbaycanlıya qarşı hökm oxunub.

Manevr.az report-a istinadən bildirir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müttəhimlər kürsüsündə əyləşənlərin hər ikisi azərbaycanlıdır. Bunlar 26 və 29 yaşlı Bəşirov Ponaş Şamil oğlu və Əlizadə Anar Əli oğludur. Onlar cəzalarını ciddi rejimli islah müəssisəsində çəkməklə müvafiq olaraq 9 və 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət işinin materiallarına görə, hadisə ötən ilin iyul ayında baş verib. Onlar yetkinlik yaşına çatmayan qıza maşında gəzməyi təklif ediblər. Lakin gəzinti əvəzinə onu kimsəsiz yerə aparıblar. Gənclər qıza cinsi təcavüz etdikdən sonra məsuliyyətə cəlb olunacaqlarından qorxaraq onu boğub öldürüblər. Qızın meyiti meşə zolağına atılıb.

Polis araşdırmalara başladıqdan sonra ilk olaraq qızı öldürməkdə şübhəli bilinən Bəşirov saxlanılıb. Əlizadə sonradan Şimali Osetiya və İnquşetiya sərhədində hüquq-mühafizə orqanlarından qaçan zaman yaxalanıb.

Bundan əvvəl Bakıda ər arvadını boğaraq öldürüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar