Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı sakini küçədə sevgilisini öldürdü, özünü isə ölümcül bıçaqladı

Tarix: 26-10-2018 20:16     Baxış: 3249 A- / A+
Bakı sakini küçədə sevgilisini öldürdü, özünü isə ölümcül bıçaqladı

Bakıda kişi küçədə qeyri-qanuni yaşadığı qadını qətlə yetirib.
Manevr.az-ın trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu və 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Rafiq qızı çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Ü.Allahverdiyeva aldığı xəsarətlərdən ölüb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olub ki, M.Qocayev həmin ünvanın qarşısında şəxsi münasibətlərin pozulması zəminində qeyri-qanuni ər-arvad münasibətində olduğu Ü.Allahverdiyevaya bıçaqla çoxsaylı zərbələr endirməklə onu öldürüb, daha sonra isə özünün qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarətləri yetirib. M.Qocayevin vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar