Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Konsulluqda öldürülən jurnalistin qətlinin sifarişçisi - FOTO

Tarix: 23-10-2018 09:59     Baxış: 3243 A- / A+
Konsulluqda öldürülən jurnalistin qətlinin sifarişçisi - FOTO


Səudiyyəli köşə yazarı Camal Haşoqqinin ölüm əmrini verən şəxslə bağlı iddialar var.


Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə onun qətlinin sifarişçisi vəliəhd şahzadə Məhəmməd ibn Salman əl Səudun müşaviri Kahtanidir.

İddialara görə, Kathani İstanbul Baş konsulluğuna zəng edərək əvvəlcə Camal Haşoqqini təhqir edib, sonra da öldürülməsi ilə bağlı əmr verib.

Xəbərdə bildirilir ki, Səud əl-Kathani "Skype" ilə baş konsulluğa zəng edərək: "Mənə bu köpəyin kəlləsini gətirin", - deyib.

İddianı yayan "Reuters" agentliyi həmin danışığın səs yazısının Türkiyə Kəşfiyyat İdarəsində olduğunu qeyd edib.

Konsulluqda öldürülən jurnalistin qətlinin sifarişçisi - FOTO


Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.

Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar