Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Qızıl Məryəm”in qətlində təqsirləndirilənlərə cəza verildi - 47 il

Tarix: 01-11-2016 18:18     Baxış: 4243 A- / A+
“Qızıl Məryəm”in qətlində təqsirləndirilənlərə cəza verildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Manevr.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Günel Hüseynova 18 il, Ceyhun Əsgərov 19 il, Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, dövlət ittihamçısı Ceyhun Əsgərovun 20, Günel Hüseynovanın 19, Nicat Eyvazovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, “Qızıl Məryəm” ləqəbi ilə tanınıb.(gununsesi.info)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar