Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Arvadını baltalayıb, qonşusunu ağacla ölümcül döyüb - Gədəbəydə

Tarix: 14-10-2018 08:34     Baxış: 3250 A- / A+
Arvadını baltalayıb, qonşusunu ağacla ölümcül döyüb - Gədəbəydə


Gədəbəy rayonunda yerli sakin həyat yoldaşına və qonşusuna ağır xəsarətlər yetirib.


Manevr.az "report"a istinadən bildirir ki, rayonun 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əsgərov Pərviz Gülmalı oğlu 1977-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Könül Qəşəm qızını balta ilə vurub.

O, daha sonra 1949-cu il təvəllüdlü qonşusu İsmayılov Firuddin Zeynəlabdın oğlunu yaxınlıqdakı meşə zolağı ərazisində ağac parçası ilə döyüb və hadisə yerindən qaçıb.

Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır. Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan F.İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır və P.Əsgərovun saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar