Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Telefonda başqası ilə danışırdı, sosial şəbəkədə də yazışırdı..."

Tarix: 12-10-2018 16:25     Baxış: 2282 A- / A+
"Telefonda başqası ilə danışırdı, sosial şəbəkədə də yazışırdı..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Manevr.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə M.Müzəffərov özünü təqsirli bildiyini deyib.

O, sərbəst ifadəsində söyləyib ki, keçmiş arvadı başqa şəxslə telefonda danışıb, ona xəyanət edib: "Sosial şəbəkədə də kiminləsə danışırdı. Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Bildirdim ki, "məndən uzaq ol". O, rayondan çıxıb, Bakıya qohumu evinə gəldi. Lakin bir yerdə dayana bilmirdim. Fikirləşdim ki, gedib onunla danışım və niyə belə etdiyini soruşum".

M.Müzəffərov qeyd edib ki, benzin alıb, keçmiş arvadının işlədiyi mağazaya gedib: "İstəyirdim ki, benzini onun üzərinə töküm və sifəti yanıb, tanınmaz hala düşsün. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım".

Məhkəmədə elan olunub ki, M.Müzəffərov həyat yoldaşından boşanandan sonra bir müddət aliment ödəməyib.

O, ifadəsinin davamında keçmiş həyat yoldaşını boşanandan sonra döydüyünü də bildirib: "Bir qədər keçəndən sonra o, uşağı da götürüb qaçdı".

Qeyd edək ki, hadisə bu il aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazada baş verib. (report)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar