Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ərini öldürən qadın: "Anamı döyüb, qolunu dişlədi..."

Tarix: 11-10-2018 19:33     Baxış: 2477 A- / A+
Ərini öldürən qadın: "Anamı döyüb, qolunu dişlədi..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Manevr.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs T.Vəliyeva ifadə verib.

O deyib ki, hadisə günü mərhum əri sərxoş vəziyyətdə evə gəlib və onu döyməyə başlayıb:

“Heç bir səbəb olmadan məni və daha sonra anamı döydü. Anamın qolunu dişlədi, onu öldürməyə cəhd etdi. Həmin vaxt anamın başına elə vurdu ki, başından qan açıldı. Bunu gördüm, elə bildim, anam öldü. Mən də özümdə olmadım, ərimin üstünə getdim. Sonra nə baş verdiyini xatırlamıram”.

Onun sözlərinə görə, mütəmadi olaraq əri tərəfindən işgəncələrə məruz qalıb.

Sonra təqsirləndirilən şəxs vəkil və prokurorun suallarını cavablandırıb.

T.Vəliyeva onu da deyib ki, ərinin öldüyünü görəndən sonra bu barədə polisə məlumat verib.

Məhkəmə iclası oktyabrın 15-də davam etdiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar