Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Prava” almaq adı ilə vəzifəli şəxsi aldatdı - TƏFƏRRÜAT

Tarix: 09-10-2018 07:10     Baxış: 3222 A- / A+
“Prava” almaq adı ilə vəzifəli şəxsi aldatdı - TƏFƏRRÜAT


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Manevr.az
oxu.az- istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən A. Əzizov özünü təqsirli bilib.

O, zərərçəkmişlərə vurulan ziyanı ödəyəcəyini deyib.

İttihama görə, indiyədək dörd dəfə məhkumluq həyatı yaşamış A. Əzizov qonşusu, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət aparan, kapitan Səməd Səmədovun qardaşı Fizuli Səmədliyə sürücülük vəsiqəsi lazım olduğunu eşidərək, onunla münasibət qurub.

Zamanda S. Səmədovun etibarını qazanaraq, pul müqabilində sürücülük vəsiqəsi düzəldə biləcəyini deyib. O, Respublika Dövlət Yol Polisi İdarəsində işləyən tanışları vasitəsilə bu işi görəcəyini bildirərək, sonuncudan 860 manat məbləğində pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Bundan başqa, A. Əzizov təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə S. Səmədovun tanışı Məhərrəmov Mərdan adlı zərərçəkmişdən 60 manat müqabilində guya sürücülük kursunda iştirak etdiyi barədə qanunsuz sənəd hazırlamaq, 800 manat isə sürücülük vəsiqəsi düzəltmək üçün pul alıb.

Bu yolla Azər Əzizov ümumilikdə 10-dan çox adamın pulunu alaraq dələduzluq edib.

A.Əzizov zərərçəkmiş şəxslərin şikayəti əsasında həbs olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar