Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda əri tərəfindən öldürülən qadının məktubu ortaya çıxdı - TƏFƏRRÜAT

Tarix: 05-10-2018 16:36     Baxış: 2192 A- / A+
 Bakıda əri tərəfindən öldürülən qadının məktubu ortaya çıxdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda prokuror Vüqar Quliyev ittiham aktını elan edib.

İttihama münasibət bildirən Z.Rəsulov özünü təqsirli bildiyini deyib. Onun sözlərinə görə, arvadını öldürməsinə səbəb insanları aldatması olub:

"Bəzi insanlardan, banklardan borca pul almışdı. Gündə bir qadın qapımızı döyüb, pul istəyirdi. Mən də bunun səbəbini arvadımdan soruşdum. Dedim ki, insanlardan 90 min manata yaxın pul almısan, bu pulu nəyə xərcləmisən? O isə mənə düzünü demirdi. Borc verənlər bizi narahat edirdi, mən də əsəbləşib onu qətlə yetirdim".

O, arvadını necə öldürməsini izah edə bilməyib:

"Çox əsəbi idim, heç nəyi xatırlamıram. Ancaq onu bilirəm ki, qızım, mən və Natəvan evdə idik. Sonra bu hadisə oldu. Qəfildən qaranlıq çökdü, gözlərim qaraldı. Başıma-başıma vurdum, sonra ayıldım ki, əlimdə bıçaq var, üstüm qandır. Həmin vaxt əlimdən qan açıldı".

Məhkəmədə məlum olub ki, N.Rəsulova qətlə yetirilməzdən əvvəl məktub yazıb. O, məktubda başına gələn hadisəyə görə əri Zamin Rəsulovun məsuliyyət daşıyacağını qeyd edib. Buna səbəb kimi aralarında yaranan münaqişə göstərilib. Məktubu istintaq orqanına N.Rəsulovanın qızı Nüşabə Rəsulova təqdim edib.

Qeyd edək ki, bu il martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Natəvanı bıçaqla qətlə yetirib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Z.Rəsulov tutulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar