Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Şəkidə 12 il əvvəl törədilən qətlin yeni təfərrüatları: “Məni almasan...”

Tarix: 29-10-2016 20:01     Baxış: 222 A- / A+
Şəkidə 12 il əvvəl törədilən qətlin yeni təfərrüatları:

Azərbaycanda 12 il əvvəl qətl hadisəsi törətməkdə təqsirli bilinən Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Ramil Salamovun kasasiya şikayətinə baxılıb.

Manevr.az xəbər verir ki, Ramil Salamov 2004-cü ilin yanvar ayında tanış olduğu Şəki şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyalə Mövsümova ilə həmin ilin oktyabr ayınadək Şəki şəhərində müxtəlif yerlərdə dəfələrlə görüşüb və yaxın münasibətləri olub.

Sonradan Xəyalə Ramildən onunla evlənməyi tələb edib. O, Ramilə evlənmək istəməsə, cinsi əlaqəyə girdiyi ilk kişi olması barədə hədə-qorxu gəlib, ondan polisə şikayət edəcəyini deyib.

Ramil Salamov aralarındakı münasibətlərə aydınlıq gətirmək üçün 10 oktyabr 2004-cü il tarixdə, saat 15 radələrində Xəyalə Mövsümova ilə Şəki şəhərində görüşüb. Onlar birlikdə Şəki İstehsal İpək Birliyi üçün inşa edilmiş yarımçıq tikiliyə gəliblər.

Həmin vaxt Xəyalə Mövsümova yenidən israrla Ramildən evlənməyi tələb edib, əks halda ondan polisə şikayət edəcəyini bildirib. Mübahisə zamanı Ramil Xəyalə Mövsümovanı boğaraq öldürüb.

Ramil Salamov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Salamov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ramil Salamov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Həmçinin zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verərək, Ramil Salamovun cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsində araşdırılıb və onların şikayətləri təmin edilməyib.

Bundan sonra həm Ramil Salamov, həm də zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Tərəflərin şikayətinə Ali Məhkəmədə hakim Teymurxan Hacıqayıbovun sədrliyi ilə baxılıb. Hakim kollegiyası həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin kasasiya şikayətini təmin etməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar