Sizin Reklam Burada
Xəbər lenti
07-05-2026
06-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda iyrənc cinayət:Ailəli qadını evə apararaq, cinsi əlaqədə olub

Tarix: 25-09-2018 22:25     Baxış: 3256 A- / A+
Bakıda iyrənc cinayət:Ailəli qadını evə apararaq, cinsi əlaqədə olub

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başqa kişi ilə şəkillərini görən və onu öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin məhkəməsi keçirilib.

Hakim Rasim Sadıxovun icraatında olan prosesdə şahidlər dindirilib.

Hüseyn Vəliyev mərhum Rafət Feyziyeva ilə “Instagram”da tanış olduğunu deyib: “Mənə mesaj yazıb, iş yoldaşım Rövşəni soruşdu. Rövşənin onu şantaj etdiyini dedi, mən də ona hesabını bağlamasını məsləhət gördüm”.

İstintaq materiallarından məlum olub ki, H.Vəliyev mərhum Rafətə kömək edəcəyini söz verərək onunla münasibət yaradıb və onu özünün ikinci evinə dəvət edərək cinsi əlaqədə olub.

İttihama görə, sosial şəbəkələrdə mərhum Rafət Feyziyevanın fotosu yayılaraq pul müqabilində kişilərlə görüşdüyü yazılıb.

R.Feyziyeva isə həmin zaman ünsiyyətdə olduğu Rövşən Rəsulovdan şübhələnib və onun barəsində polisə şikayət edib.

Onun şikayətini araşdıran polis əməkdaşı Mehman Vəliyev məhkəmədə deyib ki, R.Rəsulovun qadını şantaj etmədiyi müəyyən olunub.

Rövşən Rəsulov isə ifadə verərək qadınla intim əlaqədə olmadığını deyib: “Bir qohumuna iş tapmağım üçün mənə yazmışdı. Sonra da arada danışıb bir-birimizə foto göndərirdik. Sonuncu dəfə hadisədən 7 ay əvvəl danışmışdıq”.

İttihama görə, 2018-ci il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yaşayan 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən 18 dəfə bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və evlərindəki notbukdan onun yad kişi ilə fotoşəkillərini tapıb. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar