Sizin Reklam Burada
Xəbər lenti
07-05-2026
06-05-2026
BÜTÜN XƏBƏRLƏR

21 yaşlı sevgilisini öldürüb getdi - Bakının məşhur otelindəki qətlin təfərrüatı

Tarix: 24-09-2018 20:03     Baxış: 3304 A- / A+
21 yaşlı sevgilisini öldürüb getdi - Bakının məşhur otelindəki qətlin təfərrüatı


Dünən Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə 21 yaşlı qızın öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

Manevr.az bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucovanın tanışı, 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.

Bildirilir ki, əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Son olaraq onlar dünən Fatmayıdakı yerdə görüşüblər. Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə "Oskar" otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib.

N.Əliyev Ayselin başqa şəxslərlə görüşdüyünü öyrəndiyini deyib. Daha sonra mübahisə münaqişəyə çevrilib və Nəriman özü ilə gətirdiyi bıçaqla sevgilisinə çoxsaylı zərbələr endirərək onu öldürüb.

Hadisədən sonra sakitcə oteli tərk edən N.Əliyev daha sonra Xırdalanda polislər tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar