Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Məşhur gecə klubunda şəxsi ədavət - MƏHKƏMƏ İŞİ

Tarix: 22-09-2018 08:30     Baxış: 2235 A- / A+
Məşhur gecə klubunda şəxsi ədavət - MƏHKƏMƏ İŞİ


Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda cinayət törədən şəxsin məhkəməsi başlayıb.


Manevr.az Azərtac-a istinadən bildirir ki, cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Abudov Xanlar Maşallah oğlunun məhkəmə prosesinə hakim Cavid Hüseynov sədrlik edəcək.

Bu ilin mart ayında Yasamal rayonu, İzmir küçəsində yerləşən "Solfeggio Lounge & Club"da əlbəyaxa dava zamanı bir nəfər xəsarət alıb.

Belə ki, gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu naməlum şəxslərlə əlbəyaxa dava edib. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, T. Rəhimovu Xanlar Abudov adlı şəxs bıçaqlayıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, onlar arasında çoxdan şəxsi ədavət olub. Ancaq uzun müddət bir-birini görməyən gənclər təsadüfən gecə klubunda rastlaşıblar. Aralarındakı ədavəti çözə bilməyən gənclərin əlbəyaxa davası qanla nəticələnib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar