Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Dərslərin başlamasına 1 gün qalmış atasını öldürdü – YAXŞI OXUYAN ŞAGİRD NİYƏ QATİL OLDU?

Tarix: 18-09-2018 16:39     Baxış: 3514 A- / A+
Dərslərin başlamasına 1 gün qalmış atasını öldürdü – YAXŞI OXUYAN ŞAGİRD NİYƏ QATİL OLDU?


2 gün əvvəl Göygöl rayonunun Yeni Qızılca kəndində 17 yaşlı oğlanın atasını qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.


Manevr.az-ın məlumatına görə, sentyabrın 16-na keçən gecə atası Ramil Quliyevi balta və bıçaqla öldürən Eşqin Quliyev bu günlərdə orta məktəbin 11-ci sinfinə gedəcəkmiş.

Yeni Qızılca kənd orta məktəbinin direktor müavini Səbinə Məmmədova bildirib ki, Eşqin müsbət xarakterli və məsuliyyətli şagird olub: “Çox ağıllı, tərbiyəli, yaxşı oxuyan şagird idi. Həm də davamiyyəti yaxşı idi, dərslərdə sonadək iştirak edirdi, müəllimləri də ondan çox razı idi. Kiçik bacısı da bizim məktəbdə oxuyur.

Bildiyimizə görə, atası Bakıda işləyirdi. Bir neçə dəfə məktəbə gəlib uşaqların təhsili ilə maraqlanmışdı, Bakıda olduğu üçün onlarla çox maraqlana bilmədiyini deyirdi. Hadisənin isə hansı səbəbdən baş verdiyini dəqiq bilmirik. Biz də camaat kimi deyilənləri eşitmişik”.

Qeyd edək ki, qətl hadisəsi ailə münaqişəsi zəminində baş verib. 17 yaşlı Eşqin Quliyev gecə saatlarında anasını döyən atası Ramil Quliyevə balta ilə zərbələr endirib. O, daha sonra atasına bıçaqla bir neçə zərbə endirib. 37 yaşlı R.Quliyev hadisə yerindəcə keçinib.

Hadisəni törədən E.Quliyev saxlanılıb, faktla bağlı cinayət işi açılıb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar