Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada polisdən qaçmış Azərbaycan vətəndaşı axtarılır

Tarix: 16-09-2018 11:24     Baxış: 2311 A- / A+
Rusiyada polisdən qaçmış Azərbaycan vətəndaşı axtarılır

Rusiyanın Çuvaşiya Respublikasında polisdən qaça bilmiş Azərbaycan vətəndaşı axtarışa verilib.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə avtobus dayanacağında baş verib.

Belə ki, ötən cümə günü, sentyabrın 14-də, Çuvaşiyanın Kugesi qəsəbəsindəki "Koneçnaya" ictimai nəqliyyat dayanacağında 37 yaşlı Azərbaycan vətəndaşı polis konvoyundan qaçıb. Mənbə əlavə edir ki, azərbaycanlının adı Elnurdur - alçaq boylu, dolu bədənli, qonur gözlü, qaraşın şəxs axtarışa verilib.

Qaçdığı vaxt Elnurun əynində tünd rəngli geyim, qara ayaqqabı olub.

Güman edilir ki, Elnur həyat yoldaşının yaşadığı Moskva şəhərinə yollanıb. Lakin onun qəsəbədə gizlənməsi versiyası da araşdırılır. Halbuki, cəmi 12 min nəfərin yaşadığı qəsəbədə uzun müddət gizlənmək real görünmür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar