Xəbər lenti
Bakıda metroda sevgilisini bıçaqlayan şəxs tutuldu - Cinayət işi açıldı

Bakıda metroda qadını bıçaqlayan şəxs saxlanılıb.
Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, Bakı Metropoliteninin "Nəsimi" stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Elnarə Baloğlan qızını bıçaqlayan 1972-ci il təvəllüdlü Abdullayev Vahid İnqilab oğlu şübhəli şəxs qismində saxlanılıb.
Məlumatda bildirilir ki V.Abdullayev E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Xatırladaq ki, sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında 1972-ci il təvəllüdlü Quliyeva Elnarə Baloğlan qızı naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb.
Həmin şəxs polislərin hadisə yerinə gəldiyini görərək hadisə yerindən qaçmağa cəhd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































