Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Arvadını qısqanan kişi qonşusunu öldürdü - Salyandakı qətlin təfərrüatı

Tarix: 03-09-2018 16:49     Baxış: 4209 A- / A+
Arvadını qısqanan kişi qonşusunu öldürdü - Salyandakı qətlin təfərrüatı



Salyan rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.


Manevr.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndində baş verib.

Kənd sakini, 1989-cu il təvəllüdlü Səmədov Elgün Alek oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu qısqanclıq zəminində güllələyərək qətlə yetirib.

Hadisə E.Səmədovun yaşadığı evdə baş verib.

E.Səmədov R.Bağırovu evinə çağıraraq onu həyat yoldaşına qısqandığını deyib. Mübahisə nəticəsində E.Səmədov evində saxladığı "Я-6818" markalı yivsiz qoşalüləli ov tüfəngi ilə iki dəfə atəş açaraq R.Bağırovu ağır yaralayıb. Yaxınları tərəfindən xəstəxanaya aparılan R.Bağırov yolda dünyasını dəyişib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 1-də Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində yaşayan Elgün Səmədov həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu Rüfət Bağırovu yaralayıb. Xəstəxanaya yerləşdirilmiş R.Bağırov orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə E.Səmədov tutulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar