Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Maşallah Əhmədovun şok əməlləri - “Xoşbəxt Yusifzadənin qəbuluna düşdü...”

Tarix: 25-10-2016 11:59     Baxış: 5250 A- / A+
Maşallah Əhmədovun şok əməlləri

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Manevr.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov ifdə verib.

O bildirib ki, oğlunu ixtisası üzrə işə düzəltmək istəyib: "Buna görə dostumun məsləhəti ilə Maşallah Əhmədova 15 min manat pul verdim. Dostum dedi, oğlum da Maşallah Əhmədovun yanında işləyir. Maşallahla görüşdük, dedi ki, 15 min manat pul versən, Dövlət Neft Şirkətinin nəzdində olan bir təşkilata düzəldərəm. Oğlunu da göndərəcəyik xaricdə oxusun.

Mən də pulu verdim. Bir müddət sonra Dövlət Neft Şirkətinə getdik. Maşallah Əhmədov Xoşbəxt Yusifzadənin, kadrlar şöbəsi rəisinin yanına girib deyib ki, bu uşağı işə düzəltmək lazımdı. Onlar da deyiblər ki, CV-ni gətirsin.

Neçə il keçdi, iş düzəlmədi, pulu da qaytarmadı. Dəfələrlə ona dedim ki, gəl məsələni polis səviyyəsinə qaldırmayaq.

Bundan əlavə, mənə başqa işlərlə də bağlı söz verdi, əməl etmədi. Onun mənə vurduğu ziyan 350 min manatdır. Mənə İrandan tikinti daşı gətirmək üçün də söz verdi, pulumu aldı qaytarmadı".

MaşallahƏhmədov bildirib ki, Yusif Əzizovla İrana gedib və tikinti daşları gətiriblər:"Bu adam bilmirdi ki, o daş İranda neçəyədi, Bakıda neçəyə satılır. Daş biznesində onun təcrübəsi yox idi. Daşları mən satırdım. Sonra dedi ki, sən məni aldadırsan. Mən də dedim, get özün sat. Neçə ay keçdi, sata bilmədi. Heç bir şeyi düz danışmır".

Proses noyabrın 1-də davam edəcək.

Maşallah Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.

Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar