Sizin Reklam Burada
Xəbər lenti
07-05-2026
06-05-2026
BÜTÜN XƏBƏRLƏR

Sərkisyanın "Lotu Quli" ilə bağlı planı ifşa olundu: restorana basqın

Tarix: 12-08-2018 17:14     Baxış: 2402 A- / A+
Sərkisyanın "Lotu Quli" ilə bağlı planı ifşa olundu: restorana basqın


İspaniya polisi Marbelye şəhərində yerləşən restoranların birinə əməliyyat keçirib.

Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı kriminal aləmin bir neçə üzvü saxlanılıb.

Bunlar arasında erməni "qanuni oğru”, "Artyom Saratovski” (Artyom Sərkisyan), "Çia” ləqəbli Laşa Barateli və İrakli Pipiya (İki Suxumski) da olub. Onların bir araya gəlməsinə səbəb azərbaycanlı "qanuni oğru” Nadir Səlifova qarşı plan qurmaq olub. Adıçəkilən şəxslər 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olublar. Onlara gürcü kriminal avtoritet "Merab Suxumski” ləqəbli Merab Canqvelazde tapşırıq verib.

Məsələ burasındadır ki, Nadir Səlifov azadlığa çıxdıqdan sonra nüfuz dairəsini genişləndirib. "Lotu Quli” İspaniyada da nəzarəti ələ keçirmək niyyətində olub və bu səbəbdən sözügedən ölkəyə öz adamını göndərib. Tutulan şəxslər isə Səlifova mane olmağa çalışıblar. Onlar buna görə də, "Lotu Quli”nin İspaniyaya göndərdiyi adamı aradan götürmək istəyiblər. Lakin onların bu cəhdi uğursuz alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar