Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Beynəlxalq Bank işi"nə görə tutulan şirkət rəhbəri azadlıqda

Tarix: 22-10-2016 15:56     Baxış: 3214 A- / A+
"Beynəlxalq Bank işi"nə görə tutulan şirkət rəhbəri azadlıqda

“Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov azadlığa buraxılıb.

Manevr.az “Report”a istinadən xəbər verir ki, müvafiq məhkəmə qərarı ilə A.Həsənov barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Xatırladaq ki, bu il may ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev, “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov və “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev,"Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz və iş adamı Cavid Muxtarov azadlığa buraxılıblar. Həmin şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan şəxslər 2015-ci ildə saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar