Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Anamı sevgilim öldürüb" - "Qızıl Məryəm"in qızı

Tarix: 21-10-2016 14:52     Baxış: 4285 A- / A+
"Anamı sevgilim öldürüb"

"Qızıl Məryəm" ləqəbli anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova və onunla birlikdə həbs edilən xalası oğlu və dostunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə şahid qismində Günel Hüseynovanın sevgilisi Asim Məmmədov ifadə verib.

O, ifadəsində Günel Hüseynova ilə münasibətlərinin olduğunu, mərhumu da bu vasitə ilə tanıdığını söyləyib: "Öyrəndim ki, Günelin anası "Moskva" univermağında qızıl satır. Mən də ondan qızıl götürmüşəm. Pulunu ödəmişəm".

O, qətl hafisəsindən xəbərinin olmadığını da qeyd edib. Məhkəmədə çıxış edən Günel Hüseynova anasının qətlində sevgilisini günahlandırıb.

O, Asimin qətli qisas məqsədi ilə törətdiyini bildirib: "Asimlə olan münasibətimdən anamın xəbəri olub və mənim vasitəmlə anam onunla tanış olub. Asim də anamın "Moskva" univermağında qızıl alveri ilə məşğul olduğunu bilib".

Günel Hüseynova deyib ki, Asim qızılların pulunu ödəməmək üçün anasını öldürüb:
"O, anamdan xeyli miqdarda qızıl götürüb. Amma qızılların pulunu ödəməyib. Buna görə də tez-tez mübahisə edirdilər. Asim qızılların pulunu ödəməkdən yayınmaq üçün anamı qətlə yetirib".

Asim Məmmədov isə sevgilisi olmuş Günel Hüseynovanın yalan danışdığını və qətldən xəbərinin olmadığını söyləyib.

Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.

Xatırladaq ki, hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib.

Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar