Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

600 manata görə 7 il cəza aldı

Tarix: 18-10-2016 17:13     Baxış: 5235 A- / A+
600 manata görə 7 il cəza aldı

Gömrükdən külli miqdarda göz dərmanı keçirməkdə ittiham olunan şəxsə 7 il cəza verilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər sakini Şirzad Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin vəkili Tarif Nəsirov çıxış edib. Vəkil məhkəmədən müdafiə etdiyi şəxsin ilk məhkumluğunu, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Ş.Abbasov məhkəmədə son söz söyləyib. O, vəkilin çıxışını dəstəklədiyini deyib. Bundan sonra hökm oxunub. Hökmə görə, Şirzad Abbasov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şirzad Abbasov Rusiya Federasiyasının Moskva şəhərində istintaqla müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olaraq güclü təsirə malik külli miqdarda “Tropikamid” dərman preparatını idarə etdiyi mikroavtobusun arxa təkərlərinin içərisindəki boşluqda yerləşdirərək daşıyıb. Dəyəri 29 min 100 manat olan 970 ədəd dərman preparatını “Samur” gömrük postundan gizli şəkildə keçirib.

Törətdiyi cinayət əməlinə görə Ş.Abbasova qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Ş.Abbasov ilkin ifadəsində bu səhvi 600 manata görə etdiyini açıqlayıb: “Baxış zamanı gizlətdiyim dərmanlar aşkar edilərək götürüldü. Həmin dərmanların güclü təsir edən maddə olmasını bilməmişəm. Hətta o dərmanlara baxdıqda üstündə göz şəkli olduğunu görmüşəm, göz damcısı olduğunu bilmişəm. Ümumiyyətlə, hər hansı bir dərmanın gömrükdən keçirilməsinin qadağan edildiyini bildiyim üçün onları gizlətmişdim. Bu səhvi 600 manat pul qazanmağa görə etmişəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar