Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Marketdə qadına əxlaqsızlıq təklifi – Dəhşətli cinayətin təfərrüatı

Tarix: 27-06-2018 16:32     Baxış: 3146 A- / A+
Marketdə qadına əxlaqsızlıq təklifi – Dəhşətli cinayətin təfərrüatı



Goranboy rayonunda bir nəfəri öldürməkdə, 5 nəfəri bıçaqlamaqda təqsirli bilinən Rəvan İsmayılov və Saləddin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il yanvarın 4-də Goranboy rayonun Dəliməmmədli şəhərində yerləşən "Kral" marketə bir qrup şəxs hücum edib.

Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Marketə hücum çəkənlər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar.

Bıçaqlanan şəxslərdən biri - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Cəbrayılov xəstəxanaya aparılarkən yolda ölüb.

Ağır bıçaq yarası alan digər 4 nəfər - 1995-ci il təvəllüdlü Anar Hatəmi, 1993-cu il Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynalabdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər. Onlara vaxtında tibbi yardım göstərilməsi nəıticəsində həyatlarını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Rəvan İsmayılov dostu Saləddin Quliyev ilə birlikdə törədib.

Hadisə marketə hücum edən şəxslərdən birinin orada işləyən qadına əxlaqsız təklif etməsi üstündə baş verib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma), 221.3 və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Növbəti proses iyulun 5-də davam edəcək.\teleqraf.com





Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar