Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Antalyaya tətilə gedən məşhur müğənni orada tanış olduğu qadını ÖLDÜRDÜ

Tarix: 11-06-2018 11:08     Baxış: 3498 A- / A+
Antalyaya tətilə gedən məşhur müğənni orada tanış olduğu qadını ÖLDÜRDÜ


Livan əsilli almaniyalı məşhur müğənni Mohamed Hareke Antalyanın Alanya qəsəbəsində tanış olduğu qadını dənizdə boğaraq öldürdüyü iddiası ilə həbs olunub.

Sahildən təxminən dənizin 100 metrliyində hərəkətsiz halda bir qadını görən insanlar dərhal təcili yardıma xəbər veriblər. Hadisə yerinə xilasedicilər gəliblər. Xilasedicilər qadını sahilə çıxarıblar. Onun öldüyü məlum olub.

İstintaq zamanı ölən qadının Katharina Kugel olduğu müəyyənləşib.

Kugelin Dilarə Atəş adlı bir türk qadın rəfiqəsi olduğu məlum olub. Atəşin polisə ifadəsində Katharina ilə klubda əylənməyə getdiklərini bildirib. Rəfiqəsinin onu otelə ötürdükdən sonra klubda tanış olduğu bir kişi ilə getdiyini deyib. Bundan sonra polislər istintaq zamanı cəsədi tapılan Kugelin yanında Livan əsilli almaniyalı məşhur müğənni Mohamed Harekenin olduğu və Almaniya qeydiyyat nişanlı avtomobillə Antalyaya gəldiyi müəyyənləşdirib.

Araşdırmanı dərinləşdirən polis Harekenin Alanyada bir evdə kirayədə qaldığını öyrənərək mənzilə basqın edib. Basqında ölkəsində məşhur hiphop sənətçisi olduğu ortaya çıxan Hareke saxlanılıb. Evdəki araşdırma zamanı xeyli miqadarda narkotik maddə də müsadirə edilərək istintaqa təhvil verilib.\milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar