Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda elçiliyə gələn oğlan qızı və anasını güllələyib - TƏFƏRRÜAT

Tarix: 01-06-2018 09:15     Baxış: 3273 A- / A+
Bakıda elçiliyə gələn oğlan qızı və anasını güllələyib - TƏFƏRRÜAT


Sabunçu rayonunda gənc oğlan qızı və anasını güllələyib.

Manevr.az bildirir ki, olay Qılman Salahov 15 ünvanında baş verib.

Belə ki, ötən gecə Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi 2001-ci il təvəllüdlü Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.

A. Cəfərovanın atası Mehman Cəfərov bildirib ki, hadisə o evdə olmadığı vaxt baş verib. S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.

Hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxananın növbətçi həkimi İlham Qəmbərov bildirib ki, E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E. Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.

A.Cəfərova isə xəstəxanaya aqonal vəziyyətdə daxil olub. O, kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsində cinayət işi başlanılıb. Hazırda polis əməkdaşları S.Qədimovu axtarır./report.az

***

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə baş verib. Manevr.az apa-ya istinadən bildirir ki, insident zamanı ana ilə qızı güllələnib.

Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.

Bildirilir ki, ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyib.

Cütlüyün arasında münaqişə yaranıb və oğlan onların yaşadığı evə gələrək hər ikisini güllələyib.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır. Silahlı şəxsin saxlanıldığı bildirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar