Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qayınanam mənə əxlaqsız təklif etdi" - "Qanlı göl"də dəhşətli qətl

Tarix: 11-05-2018 11:55     Baxış: 3245 A- / A+
"Qayınanam mənə əxlaqsız təklif etdi"


Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən Cavad İbrahimov etiraz əlaməti kimi üzünü arxaya çevirərək ayaq üstə dayanıb. Bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar ediblər. O, məhkəmədən işinə ədalətli baxılmasını istəyib.

Cavad İbrahimov hakimin suallarının heç birinə cavab verməyib.

İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb. Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkumluq həyatı yaşamış kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cavad İbrahimov istintaqa verdiyi ifadəsində bildirib ki, qaynanası ona əxlaqsız təkliflər edib. Onun ifadəsinə görə, qayınanası kürəkəni ilə sevişmək istəyib: “Bu təklifdən sonra qayınanamı döydüm. Lakin onu öldürmək niyyətim yox idi".

Növbəti proses mayın 17-də davam edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar