Xəbər lenti
DTX Naxçıvanda xüsusi əməliyyat keçirdi

Bir gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvanda xüsusi əməliyyat keçirib. Operativ tədbirin gedişatında böyük miqdarda saxta dollar götürülüb.
Manevr.az bildirir ki, bu sensasiyalı xəbəri "Azpolitika" saytı yayıb.
Nəşrin məlumatına görə, istintaq tədbirləri DTX və Baş Prokurorluq tərəfindən keçirilib. Saxta dollarların daşınmasında Naxçıvan Respublikası Gömrük Xidmətinin əməkdaşlarından şübhələnirlər. Hər halda, xüsusi əməliyyatdan dərhal sonra Culfa Gömrük Xidməti İdarəsinin rəhbəri Bəhruz Mədətli vəzifəsindən azad olunub.. Bəzi məlumatlara görə, gömrük məmuru saxlanılıb.
Məlumatda o da bildirilir ki, Naxçıvanda rəsmi şəxslərin qanunsuz hərəkətlərinin aşkarlanması ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə Naxçıvan DTX-sının rəhbəri, general-mayor Fazil Ələkbərov çıxış edib. F.Ələkbərov öz çıxışında qaçaqmalçıları terror təşkilatı ilə əlaqələrdə ittiham edib.
DTX-da olan məlumata görə, saxta dollarların partiyası Naxçıvana İrandan keçirilib.
Virtualaz.org DTX-nın mətbuat xidmətinə müraciət edərək bu xəbərıə bağlı şərh almaq istəyib. Ancaq saytın əməkdaşı ilə söhbətdə mətbuat xidmətinin nümayəndəsi faktı nə təsdiq, nə də təkzib edib. Gözlənilir ki, DTX yaxın vaxtlarda Naxçıvandakı hadisələrlə əlaqədar bəyanatla çıxış edəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar