Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qonağı öldürən ər-arvada ağır cəza verilib FOTO

Tarix: 01-05-2018 10:02     Baxış: 3289 A- / A+
Qonağı öldürən ər-arvada ağır cəza verilib



Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Eşqin Rəsulov və Ramella Əlmuradovanın CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az məlumatına görə, cinayət ötən il noyabrın 25-də Quba rayonun Alpan kəndində baş verib.

Kənd sakini, 28 yaşlı Anar Babayev axşam saatlarında siqaret almaq üçün
evdən çıxıb və bir daha geri qayıtmayıb. Səhər isə yaxınları onun ölüm xəbərini eşidiblər.

Məlum olub ki, o həmkəndlisi və uşaqlıq dostu, əvvəllər məhkum olunan Eşqin Rəsulov tərəfindən qətlə yetirilib. Həmin gün şübhəli şəxs qismində onu və qeyri-rəsmi nigahda yaşadığı Ramella Əlmuradovanı Quba RPŞ-nin əməkdaşları saxlayıblar.

İttihama görə, Eşqin Rəsulov Anar Babayevi evinə dəvət edib, orada birlikdə spirtli içki qəbul edərək, qumar oynayıblar. Oyunun gedişatında Anar Eşqini təhqir edib. buna görə sonuncu qonağını yerə yıxaraq, ona yumruq və təpik zərbələri endirib. Balayev müqavimət göstərdiyi üçün Rəsulov arvadına, dostunun əl qolunu bağlamaq üçün ip gətirməsini deyib. Ramella ipi gətirəndən sonra, Eşqinin Anarın əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, Eşqin Rəsulov ilkin ifadəsində, dostunu, arvadını zorlamaq istədiyi üçün qətlə yetirdiyini bildirib, lakin istintaqın gedişatında qətlin qumar üstündə baş verməsi məlum olub.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər, lakin ifadə verməkdən imtina ediblər. Bildiriblər ki, ittiham aktında hər şey göstərilib.

Zərərçəkmişin hüquqi varisi Lalə Babayeva məhkəmədən təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə E.Rəsulov 18, R.Əlmuradova 17 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.\oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar