Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Sahibkar 36 yaşlı sevgilisini BOĞUB ÖLDÜRDÜ

Tarix: 18-04-2018 15:51     Baxış: 3297 A- / A+
Sahibkar 36 yaşlı sevgilisini BOĞUB ÖLDÜRDÜ


Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan 50 yaşlı Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Manevr.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 25-ə təyin edilib.
İttihama görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikahda olduğu, 36 yaşlı Gülnarə Sadıqovanı boğaraq öldürüb. Hadisə zamanı F.Şaqaliyev sərxoş olub.
Məlum olub ki, F.Şaqaliyev hadisədən bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə birgə yaşamağa başlayıb, Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Sevgilisi iki uşaq atası olan F. Şaqaliyevdən onunla daha çox vaxt keçirməsini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə də eyni mövzuda mübahisə düşüb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.
Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar