Xəbər lenti
Ölən və yaralananlar var - Yardımlıda qonşular arasında su üstündə kütləvi dava

Hadisə Yardımlı rayonunun Bürzümbül kəndində qeydə alınıb. Belə ki, Rəciyevlər və Haxıəliyevlər arasında su üstündə yaranmış gərginlik bir neçə gündür, əlbəyaxa davaya çevrilibmiş. Ötən gün qonşular soyuq silah götürərək bir-birinə hücum çəksələr də, kənd sakinləri tərəfindən sakitləşdiriblər. Bu gün səhər saatlarında dava yenidən alovlanıb. Hər iki ailənin üzvləri ağır xəsarət alıb.
Dava nəticəsində 1963-cü il təvəllüdlü Rəciyev Bəyzadə Məmmədağa oğlu vəfat edib. Onun ölümündə günahkar bilinən Haxıəliyev Şirxan Nuru oğlu həbs edilib. Xəsarət alan 4-5 nəfər hazırda rayon mərkəzi xəstəxanasında müalicə olunurlar.
Yaralananlar içərisində həbs olunan şəxsin atası Nuru Haxıəliyevin vəziyyəti ağırdır, o, reanimasiya şöbəsinə yerləşdirilib. / bakupost
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar