Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Lotu Quli” Moskvadakı həbsxanaya kimə görə zəng edib? – ŞOK DETALLAR

Tarix: 17-03-2018 14:59     Baxış: 2299 A- / A+
“Lotu Quli” Moskvadakı həbsxanaya kimə görə zəng edib?


Moskvada yerləşən və Avropanın ən böyük meyvə-tərəvəz bazası “Fud-Siti” uğrunda krminal vəziyyət ən kəskin məqamına çatıb.

Manevr.az
lent.az-a istinadən xəbər verir ki, hər gün sübh tezdən hava qaralanədək bazarın həndəvərində “Lotu Quli”yə yaxın onlarla şəxs növbə çəkir. Onlar bazadakı bütün iri və orta səviyyəli iş adamlarına kimə xərac verəcəkləri ilə bağlı xəbərdarlıq edirlər.
Məlumata görə, bazada bir sıra maliyyə kanallarına nəzarət edən və Rövşən Lənkəranskinin qohumu kimi tanınan Zaur Əhmədov də mövqelərini itirməkdədir. Hazırda Zaurun 6 nəfər mühafizəçiylə gəzdiyi bildirilir. O, həmin mühafizəçilərlə birgə bazadakı ofisinə gəlir və gecə saatlarında da oranı tərk edir.
Moskvadakı hüquq-mühafizə orqanlarındakı mənbədən “Rosbalt” agentliyinə daxil olan məlumata görə, Zaur hər an sui-qəsdə məruz qala bilər. Bunu o, özü də gözəl başa düşür və məhz bu səbəbdən mühafizəsini gücləndirib.
Bu arada o da məlum olub ki, “Lotu Quli” İstanbuldan Moskvada yerləşən “Medvedkovo” həbsxanasına zəng edib. Mötəbər mənbədən adıçəkilən agentliyə bildirilib ki, Quli kriminal aləmdə “Albert Rıjıy” kimi tanınan Əli Heydərovaşəxsən zəng edərək onun “qanuni oğru” adını əlindən aldığını bildirib. “Albert Rıjıy”a bildirilib ki, o, həbsxanada “qanuni oğru” adı altında yatmayacaq.
Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu “qanuni oğruları” Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya(Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin “qanuni oğru” adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar