Xəbər lenti
"Nardaran işi" üzrə məhkəmə prosesi davam edir
"Nardaran işi" üzrə məhkəmə prosesi davam edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Manevr.az məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən T.Bağırov onu Bakı İstintaq Təcridxanasında 5 günlük cərimə kamerasına (kars) saldıqlarını deyib. T.Bağırov ona təziq olunduğunu vurğulayıb.
Hakim bildirib ki, bunun hazırkı məhkəməyə aidiyyəti yoxdur.
Təqsirləndirilən A.Hüseynov dövlət ittihamçısı Nəsib Bayramova etiraz etdiyini deyib: "Prokuror qərəzli çıxış edir".
Dövlət ittihamçısı isə vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra hakimlər kollegiyası müşavirəyə yollanıb. Bu zaman dövlət ittihamçısı da hakimlərlə birgə eyni tərəfə getdiyi üçün vəkil Yalçın İmanov buna etiraz edib: "Bu, qanun pozuntusudur. Biz istəyirik ki, yazılı etirazla hazırlayıb, məhkəməyə təqdim edək".
Hakimin sözlərinə görə, prokuror onlarla birgə otağa daxil olmayıb: "Biz otağa daxil olanda prokuror dəhlizdə olub".
Vəkillər məhkəmə heyətinə etirazla bağlı vəsatət qaldırıblar. Vəsatət təmin edilməyib.
Daha sonra prosesdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı Rüstəm Cəfərov ifadə verib. O, Nardaranda əməliyyat zamanı Əlibala Vəliyevi zərərsizləşdirib: "Onun əlində bıçaq var idi, mənə xəsarət yetirmək istəyirdi. Əlibanı zərərsizləşdirərkən onun üzərindən qumbara çıxıb".
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.
F.Qəhrəmanlı isə keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar