Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
15-09-2026
BÜTÜN XƏBƏRLƏR

Deputatın adından istifadə edən qadına hökm oxundu

Tarix: 05-10-2016 11:35     Baxış: 2371 A- / A+
 Deputatın adından istifadə edən qadına hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın məhkəmə prosesi başa çatıb.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, özünü deputat Vahid Əhmədovun qardaşı qızı kimi təqdim edən Nigar Əhmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə ptosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Elan olunan hökmdə qeyd edilib ki, N.Əhmədova Rüfət Əliyevdən işə düzəltmək adı ilə 32 500 dollar pul alıb.

Hakim qeyd edib ki, N.Əhmədova istintaqa və məhkəməyə fərqli ifadələr verərək cinayət məsuliyyətindən yayınmağa çalışıb.

Məhkəmədə hökmdən əvvəl N.Əhmədovaya söz verilsə də o çıxış etmək istəməyib.

Zərərçəkmiş Rüfət Əliyev bildirib ki, ötən il N.Əhmədova özünü deputat Vahid Əhmədovun qardaşı qızı olduğunu, onu "Kapital Bank"a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib və ondan 32 500 dollar alıb.

Qeyd edək ki, deputat V. Əhmədov musavat.com-a açıqlamasında N.Əhmədova adlı qardaşı qızı olmadığını deyib.

Əlavə edək ki, N. Əhmədovanın qardaşı Namiq Əhmədovun da adı bir müddət əvvəl dələduzluqda hallanıb. Həmin vaxt N. Əhmədov da mətbuatda deputat Vahid Əhmədovun qardaşı oğlu kimi təqdim olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar