Xəbər lenti
Şəmkirdə taksi sürücüsü öldürüldü
Şəmkirdə qətl törədilib. Manevr.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 21-də saat 23 radələrində Şəmkir şəhərinin ərazisində Ayvaz İsgəndərov şəhər sakini Arif Yusifovun idarə etdiyi “VAZ-2105” markalı avtomobilə sərnişin qismində oturaraq yaşadığı İrmaşlı kəndinə gedəcəyini bildirib.
İrmaşlı kəndinin ərazisində A.Yusifov ilə A.İsgəndərov arasında gediş haqqının ödənilməsi ilə əlaqədar münaqişə baş verib və sonuncu A.Yusifova kəsici alətlə çoxsaylı xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Yusifov orada ölüb.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İsgəndərov saxlanılıb.
Araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar