Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qeyri-rəsmi yaşadığı kişinin bağırsaqlarını deşdi - Təfərrüat

Tarix: 13-02-2018 14:01     Baxış: 4339 A- / A+
Qeyri-rəsmi yaşadığı kişinin bağırsaqlarını deşdi - Təfərrüat

Ağdamın Xındırıstan kəndində baş vermiş bıçaqlanma hadisəsinin bəzi detalları məlum olub.

Kənd sakinlərindən birinin aznews.az-a verdiyi məlumata görə, 44 yaşlı qadın qeyri-rəsmi yaşadığı kişini, oğlunun Xındırıstanda yaşayan qaynanasının evinə qonaq dəvət edib:

“Onların biri Gəncədən, digəri isə Bərdədəndir, hər ikisi kəndə qonaq gəlib. Hadisə isə dünən gecə baş verib. Kişinin telefonuna zəng gəlib. Lalə sevgilisindən zəng edənin kim olduğunu soruşduqda, kişi müxtəlif bəhanələr gətirərək sualdan yayınmağa çalışıb. Bundan əsəbləşən qadın onun üstünə cumaraq bıçaqla bir neçə yerdən xəsarət yetirib. Kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”.

Bərdə rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, qeyri-rəsmi yaşadığı qadın tərəfindən bıçaqlanan kişinin vəziyyəti ağırdır:

“Xəstə bizə döş qəfəsi və qarın boşluğundan bıçaqlanma yarası ilə daxil olub. Bağırsaq bir neçə yerdən deşilib. Biz onu əməliyyat etdik. Hazırda reanimasiyadadır, səhhəti ağırdır”.

Qeyd edək ki, Ağdamda bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. O, Bərdə rayonundan olan 1974-cü il təvəllüdlü Yusifov Pərviz Vasif oğlu də həmin evdə olub. Evdə yemək yeyilərkən L. Əliyeva ilə P. Yusifov arasında mübahisə baş verib. Nəticədə L. Əliyeva P. Yusifovu bıçaqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar