Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın 20 il əvvəl axtarışa verdiyi, Moskvada həbs olunan şəxsin kimliyi məlum olub

Tarix: 09-02-2018 14:49     Baxış: 2236 A- / A+
Azərbaycanın 20 il əvvəl axtarışa verdiyi, Moskvada həbs olunan şəxsin kimliyi məlum olub




Azərbaycanın 20 ildir, axtarışa verdiyi, Moskvada həbs olunan mütəşəkkil cinayətkar dəstənin başçısının adı məlum olub.


Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə bildirilib ki, saxlanılan şəxs Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Akif Rüstəmovdur.

Onun iki gün əvvəl Moskvada hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat zamanı yaxalandığı bildirilib.

Məlum olub ki, A. Rüstəmov uzun müddət Moskvada başqa adla gizlənib.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk onun 1997-ci ildə törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildiyini bildirib.

***

13.47

Moskvada başqa adla gizlənən, azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

O bildirib ki, 49 yaşlı azərbaycanlı 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub.

Onun 20 ildir axtarışda olduğu bildirilir.

O, xüsusi təyinatlı polis qüvvələrinin dəstəyi ilə saxlanılıb.

"Həmin şəxs 1997-ci ildən cinayət məsuliyyətindən yayınır. O, saxta SSRİ pasportundan istifadə edərək Rusiya vətəndaşı və ümümvətəndaşlıq pasportları alıb. Lakin hüquq-mühafizə orqanları sonradan müəyyən edib ki, Azərbaycanda eyni ad-soyadda başqa şəxs yaşayır”, - deyə İrina Volk bildirib.

DİN rəsmisi əlavə edib ki, Rusiya tərəfindən verilən vətəndaşlıq artıq ləğv edilib.

Azərbaycanlının kirayə yaşadığı evdə axtarış zamanı "İJ-70 və "Brauninq” markalı tapançalar, 23 güllə və Qazaxıstan vətəndaşına məxsus saxta pasport aşkar edilib.

İ. Volk bildirib ki, saxlanılan şəxs barəsində qanunsuz silah gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb: "Onun Azərbaycana ekstradisiyası nəzərdə tutulur. Həmin şəxsin Rusiya ərazisində digər cinayətlərdə iştirakı məsələsi də yoxlanılır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar